Donbasda şiddətli döyüşlər : Rusiya bir neçə istiqamətdə hücuma keçib
"Rusiya Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarına davam edir. Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarəti bərqərar etməyə, Rostov vilayəti ilə Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş əraziləri arasında quru dəhlizinin sabitliyini təmin etməyə çalışır. Həmçinin Qara dənizin şimal-qərb hissəsində Ukraynanın dəniz kommunikasiyalarını bağlayır",- deyə Motuzyanik deyib. Onun sözlərinə görə, döyüş maksimum intensivliyə çatıb, rus qoşunları bütün döyüş xətti boyunca atəş açır. Severodonetsk, Baxmut və Kuraxovski istiqamətlərində şiddətli döyüşlər gedir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


