Dəm qazı 49 yaşlı qadının həyatına son qoydu

Dəm qazı 49 yaşlı qadının həyatına son qoydu
  30 May 2022    Oxunub:803
Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.
AzVision.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti