Putin Ukrayna limanlarından taxıl ixracı üçün şərt qoydu

      Putin Ukrayna limanlarından taxıl ixracı üçün şərt qoydu
  30 May 2022    Oxunub:1246
Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında təsdiqləyib ki, Rusiya tərəfi sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin bildirib ki, müvafiq anti-Rusiya sanksiyaları ləğv edilərsə, Rusiya əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə bilər. Həmçinin Putin Ərdoğanla söhbətində Rusiya Federasiyasının Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

Ukraynadakı vəziyyət müzakirə edilərkən diqqət Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılmasına yönəldilib. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Putin   Ərdoğan  



Xəbər lenti