İyunun əvvəllərində ölkədə hava necə olacaq?

   İyunun əvvəllərində ölkədə hava necə olacaq?
  30 May 2022    Oxunub:1021
İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Cənub istiqamətli külək əsəcək. Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.

AzVision.az



Teqlər: Hava  



Xəbər lenti