İraqda su anbarının dibindən 3400 illik şəhər tapıldı

   İraqda su anbarının dibindən    3400 illik şəhər tapıldı
  30 May 2022    Oxunub:2456
Arxeoloqlar Mosul şəhərinin yaxınlığında, ehtimal ki, Mitanni imperiyasının ən böyük yaşayış məntəqələrindən biri olan qədim şəhərin divarlarının və tikililərinin qalıqlarını aşkar ediblər. AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın Tübingen Universitetinin mətbuat xidməti məlumat yayıb.
Mittani İmperiyası qədim Yaxın Şərq sivilizasiyasıdır. Onun əhalisi hurrilər və semitlərdən ibarət idi. Paytaxt Vaşşukanni Suriyanın müasir Serekani şəhərinin ərazisində Xabur çayının mənbələri ərazisində yerləşirdi. Tədqiqatçılar 2018-ci ildən Mosul su anbarının dibində qazıntılar aparır və bu müddət ərzində Tunc dövrünə aid sarayı olan şəhər aşkar ediblər. Ehtimal ki, binalar Mitanni İmperiyası dövründə (e.ə. 1550-1350-ci illər) tikilmişdir. Şəhərin 40 ildən çox su altında qalmasına baxmayaraq, sarayın divarlarında rəsmlər, yerdəki mixi lövhələr qorunub saxlanılıb.

Yanvar və fevral aylarında növbəti quraqlıqdan sonra arxeoloqlar qazıntılara başlayıblar və sarayın yaxınlığında şəhərin əvvəllər məlum olmayan xarabalıqlarını aşkar ediblər. Onlar həmçinin onun divarlarının bütöv hissələrini, bir neçə hündürmərtəbəli binanı və içərisində yüz gil lövhə olan beş keramika qabı tapıblar. Alimlər hesab edirlər ki, memarlıq Mitanni imperiyasının ən böyük yaşayış məntəqələrindən biri olan Zahiku şəhərinin bir hissəsidir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: İraq  





Xəbər lenti