Qərbdə Rusiya neftinə embarqo ilə bağlı hələ də kompromis yoxdur

Qərbdə Rusiya neftinə embarqo ilə bağlı hələ də kompromis yoxdur
  30 May 2022    Oxunub:771
Avropa Komissiyasının məsuliyyətsiz mövqeyinə görə Avropa İttifaqının sammitində Rusiya neftinə qoyulan embarqoda kompromis yoxdur.
AzVision.az xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban bəyan edib. “Aİ-nin məsuliyyətsiz mövqeyinə görə çox çətin vəziyyətdəyik. Versal Konsensusu, Aİ-nin üzv dövlətləri ilə əvvəlcədən lazımi şəkildə razılaşdırılmadığı təqdirdə, AK-nin enerji sektorunda sanksiyalara dair təkliflərlə çıxış etməyəcəyini nəzərdə tuturdu.

İndi belə bir fikir yaranıb ki, Macarıstanın enerji təchizatının təhlükəsizlik aspektlərini nəzərə almadan sanksiyalara qoşulmaq loyallıq məsələsidir. Bu gün razılığın əldə edilməməsi faktına görə məsuliyyət komissiyanın üzərinə düşür”-deyə, o bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti