Yunanıstan Türkiyə ilə sərhəddəki maneələri gücləndirir

   Yunanıstan Türkiyə ilə sərhəddəki maneələri gücləndirir
  30 May 2022    Oxunub:1528
Yunanıstan hakimiyyəti ölkənin Türkiyə ilə sərhədi boyunca hasarın əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırdıqlarını bildirib və əlavə tikinti işləri üçün Aİ-dən maliyyə dəstəyi istəyib.
AzVision.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Ölkənin miqrasiya naziri Panayotis Mitarakis bildirib ki, polad hasar indiki 40 kilometrdən 120 kilometrə qədər uzadılacaq, tikinti işlərinə bu ilin sonunda başlanacaq. Mitarakis layihənin təxmini dəyərini açıqlamayıb.

AzVision.az




Teqlər: Türkiyə   Yunanıstan  



Xəbər lenti