Ərdoğanla Zelenski ilə danışdı: Gündəm kənd təsərrüfatı məhsullarının ixracı

      Ərdoğanla Zelenski ilə danışdı:    Gündəm kənd təsərrüfatı məhsullarının ixracı
  30 May 2022    Oxunub:1494
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Telefon danışığı zamanı Ukraynadakı son vəziyyət müzakirə edilib, Ukrayna ilə Rusiya arasında danışıqlar olacağı təqdirdə rəsmi Ankarının vasitəçilik etməyə hazır olduğu bildirilib.

Ərdoğan bildirib ki, ölkəsi Ukrayna və Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərib və vasitəçilik də daxil olmaqla, daha çox dəstək verməyə hazırdır. Liderlər həmçinin təhlükəsiz dəhlizləri müzakirə ediblər, Türkiyə tərəfi Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün dəhlizə xüsusi önəm verib.

AzVision.az


Teqlər: Türkiyə   Zelenski  



Xəbər lenti