ABŞ və Çinin müdafiə rəhbərləri görüşə bilər

ABŞ və Çinin müdafiə rəhbərləri görüşə bilər
  30 May 2022    Oxunub:1644
ABŞ və Çin iyun ayında Sinqapurda keçiriləcək konfrans çərçivəsində müdafiə nazirlərinin ilk dəfə təkbətək görüşünü təşkil etməyə çalışırlar.
AzVision.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Wall Street Journal” yazıb. Bildirilir ki, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun 10-12-də keçiriləcək Şanqri-La Dialoq forumunda iştirak etmək niyyətindədir. Çinin müdafiə naziri Vey Fenqenin səfəri hələlik açıqlanmayıb, lakin qəzetin mənbələrinə görə, nazir iştirak etmək niyyətindədir.

Ostinin özü də əvvəllər iyun ayında Sinqapurda illik Şanqri-La Dialoq Təhlükəsizlik Forumu çərçivəsində çinli həmkarı ilə görüşməyi gözlədiyini bildirib.


AzVision.az



Teqlər: Çin   ABŞ  



Xəbər lenti