Hesabata görə, tütün sənayesinin dünya üçün dəyəri hər il 8 milyondan çox insanın həyatı, 600 milyon ağacın kəsilməsi, 200 min hektar torpaq və 22 milyard ton su istifadə etməklə ölçülür. Atmosferə 84 milyon ton karbon qazı daxil olur, təxminən 4,5 trilyon siqaret filtri ətraf mühiti çirkləndirir.
Hesabat müəllifləri xatırladırlar ki, tütünçülük əsasən adambaşına düşən aşağı və orta gəlirli ölkələrdə geniş yayılıb ki, bu ölkələrdə su və əkin sahələri çox vaxt ərzaq istehsalı üçün zəruridir. Bununla belə, bunun əvəzinə tütün yetişdirmək üçün su və torpaqdan istifadə edilir və getdikcə daha çox ərazidə meşələr qırılır.
Təşkilatda qeyd edildiyi kimi, tütün sənayesinin fəaliyyəti ilə bağlı təbii mühitin çirklənmədən təmizlənməsi xərcləri sənayenin özündən çox vergi ödəyicilərinin üzərinə düşür. Çində, ekspertlərin fikrincə, bu cür xərclər ildə təxminən 2,6 milyard dollar, Hindistanda - təxminən 766 milyon, Braziliya və Almaniyada - 200 milyondan çox təşkil edir.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


