Ukrayna Slovakiya ilə silah tədarükü ilə bağlı danışıqlar aparır

Ukrayna Slovakiya ilə silah tədarükü ilə bağlı danışıqlar aparır
  31 May 2022    Oxunub:1492
Slovakiya Ukrayna Silahlı Qüvvələrinə “Zuzana” özüyeriyən haubitsalarının tədarükü ilə bağlı danışıqlar aparır.
AzVision.az -ın məlumatına görə, bu barədə TASR xəbər agentliyi Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Martina Koval-Kakaşçikovaya istinadən məlumat yayıb. Belə ki, Slovakiyanın müdafiə naziri Yaroslav Nad və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında videokonfrans formatında keçirilən danışıqlarda haubitsaların tədarükü məsələsi müzakirə olunub.

Digər məsələlərlə yanaşı, tərəflər Ukraynadakı mövcud vəziyyəti nəzərdən keçiriblər. Qeyd olunub ki, rəsmi Bratislava Kiyev hakimiyyətinə hər cür köməklik göstərmək niyyətindədir.


AzVision.az


Teqlər: Silah  



Xəbər lenti