Britaniyalılar Avropaya gedəndə viza rüsumu ödəyəcəklər
Bu vizalar 90 gündən az davam edən səyahətlər üçün etibarlıdır və təyyarə, qayıq və ya nəqliyyat vasitəsi ilə səyahətləri əhatə edir. Viza üçün müraciət edənlər səyahətdən 96 saat əvvəl müraciət etməli və 5 funt sterlinq ödəməlidirlər. 18 yaşından kiçik və 70 yaşdan yuxarı olanlar viza almağa məcbur deyillər. Həmçinin viza üçün müraciət edənlərə, pasportu, təhsili, məşğuliyyəti, son səfərləri və cinayət qeydləri ilə bağlı suallar veriləcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


