Risklə axmaqlığın fərqi

// Qarşıda həmişə "nəyin uğrunda?!" sualı olmalıdır

      Risklə axmaqlığın fərqi
  31 May 2022    Oxunub:2413
İnsanların başına gələn mina faciələrinin səbəbi bir sıra hallarda yersiz, əsassız və lazımsız risklər olur. Əslində təkcə mina yox, elə bütün faciələrin. Ona görə də riskə düzgün münasibətin formalaşması vacibdir.
Hansısa çox nəcib bir məqsədin uğrunda risk etməyə dəyər. İnsan həyatını xilas etmək üçün riskə atılmaq olar. Qazanc əldə etmək üçün investisiya qərarları qəbul edərkən risk normaldır.

Amma məsələn, qabaqdakı maşını ötüb keçmək üçün risk etməyə dəyməz, bu, axmaqlıqdır! Çünki həmişə qarşıda “nəyin uğrunda?!” sualı durmalıdır. Ağacdan bir meyvə dərmək üçün risk etməyə dəyməz. Özünün cəsarətli olduğunu göstərmək üçün risk etməyə dəyməz. Bəxtinin səninlə nə dərəcədə dost olduğunu yoxlamaq istəyirsənsə - get lotereya al, amma bu məqsədlə həyatın və sağlamlığın ilə risk etməyə dəyməz.

Bir sözlə, sağlam, mənalı, məntiqli riski axmaqlıqdan ayırmağı bacarmaq lazımdır. İnsanın həyatı və sağlamlığı çox dəyərlidir. Onu axmaqlığa qurban verməyək!



Teqlər: Mina  





Xəbər lenti