Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi - FOTO

   Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi -    FOTO
  31 May 2022    Oxunub:2828
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.

Bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.






AzVision.az



Teqlər: YPX  



Xəbər lenti