"Azərbaycanda boşanmalar adi hala çevrilib" - Ombudsman

"Azərbaycanda boşanmalar adi hala çevrilib" -    Ombudsman
  31 May 2022    Oxunub:1038
Azərbaycanda nikahların sayı 2 dəfə azalsa da boşanma hallarının sayı dəyişmir. Boşanmalar adi hala çevrilib və ailədaxili münasibətlərdə ümumi vasitə hesab edilir. Həmin ərəfədə tərəflər o qədər neqativ yüklənir ki, hüquqazidd hərəkətlər edir. Bu, uşaqların kimdə qalması, aliment ödənişlərinin təyin edilməsi zamanı baş verir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O bildirib ki, qeyri-rəsmi nikahların sayı da az deyil:

"Bu isə doğulan uşaqların sayının hüquqlarının müdafiəsi məsələsində problem yaradır. Belə ailələrdə doğulan uşaqların sayı da az deyil.
Aliment ödənməsində də problemlər yaranır. Aliment ödənişləri ilə çətinliklər zəruri icra tədbirlərinin həyata keçirilməməsi və ya vaxtında icra edilməməsi ilə bağlı olur".

Ombudsman mediasiya institunun daha da təkmilləşdirilməsini təklif edib: "Məktəb mediasiyası müəllim və şagird münasibətlərinin effektiv həllində tövhə verə bilər".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti