"Uşağın anadan olması yalnız emosional hal deyil" - Hicran Hüseynova

   "Uşağın anadan olması yalnız emosional hal deyil" -    Hicran Hüseynova
  31 May 2022    Oxunub:1150
"Ailə kiçik dövlət, dövlət isə böyük ailədir. Ölkə başçısı ailə dəyərlərinə önəm verir və ailə institunun möhkəmlənməsi istiqamətində addımlar atılır".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, dünyada baş verən proseslər ailə münasibətlərinə mənfi təsir göstərir:

"Ailədə baş verən münaqişələr uşağın inkişafına, psixi sağlamlığına mənfi təsir göstərir. Nəticədə bu, uşaqlarda davranış pozğunluğu və digər fəsadlar yarada bilər. Uşağın anadan olması yalnız emosional hal deyil, bu, yeni hüquq və vəzifələr doğurur. Mediatorlar çalışır ki, ailələri barışdırsın, uşaqların hüquqlarını müdafiə etsinlər. Mediatorlar sırasında uşaq, ailə psixoloqu üzrə kadrlar daha çox cəlb edilməlidir. Uşaq hər xalqın, dövlətin gələcəyidir. Bu gələcəyin sağlam olması hər birimizdən asılıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti