"Bəzən uşaqlar zorla himayəyə verilir" - Aynur Sofiyeva

   "Bəzən uşaqlar zorla himayəyə verilir" -    Aynur Sofiyeva
  31 May 2022    Oxunub:1407
"2022-ci ilin beş ayında Dövlət Komitəsinə uşaq problemləri ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların valideynlərin və digər qohumların himayəsinə verilməsi ilə bağlı 11 müraciət daxil olub".
AzVision.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O bildirib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayə verilməsi hallarına rast gəlinib.

A.Sofiyeva qeyd edib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb:

"Müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə edilir. Buna görədə mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır.

Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti