Təhsil naziri: "Yüzlərlə bağçada ciddi problemlər var"

     Təhsil naziri:    "Yüzlərlə bağçada ciddi problemlər var"
  31 May 2022    Oxunub:2126
"Aparılan monitorinqlərin nəticələri onu deməyə əsas verir ki, yüzlərlə bağçada qidanın saxlanması, hazırlanması ilə bağlı infrastrukturda ciddi problemlər var. Bu da özlüyündə müxtəlif həll yolları tələb edir. Bu istiqamətdə işlərimizi davam edəcək".
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uşaq bağçalarında qidalanma ilə bağlı ilkin monitorinq və müşahidələr davam edir:

"Qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən uzun müddət vaxt keçib. Hazırda mütəxəssislər bu istiqamətdə iş görürlər. Nazirlik bir neçə il əvvəl internat tipli məktəblərdə qidalanma normaları və mexanizmlərini dəyişdirib. Bağçalarda model fərqlidir. Lakin yenə də oxşar modelə keçməyi, yaxud hansısa formada qidalanmanın daha da uyğun formata salınmasını düşünürük. Çünki mövcud qida normalarının bəziləri müəyyən mənada məntiqli görünmür".

AzVision.az



Teqlər: Bağça  





Xəbər lenti