Ermənistan müxalifəti Baş prokurorluğun önündə aksiya keçirir- VİDEO

   Ermənistan müxalifəti Baş prokurorluğun önündə aksiya keçirir-  VİDEO
  31 May 2022    Oxunub:892
Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, müxalifətin “Müqavimət” hərəkatının tərəfdarları bu gün İrəvanda yürüş keçiriblər.
İrəvanda azyaşlıya qarşı polis zorakılığı narazılığa səbəb oldu - VİDEO
Yerli media xəbər verir ki, yürüş zamanı etirazçılar Ermənistan Baş prokurorluğunun binası qarşısında dayanaraq şüarlar səsləndiriblər.

"Bir müddət öncə səkkiz siyasi fəalın saxlanılması barədə məlumat yayılmışdı. Müxalifət həm onlarla bağlı çağırışlar edib, həm də dünən İrəvanda hökumət binası yaxınlığında etirazçılara qarşı güc tətbiq edən polis əməkdaşlarının həbsini tələb edib. Müxalifəti təmsil edən deputat Aram Vardevanyan jurnalistlərə deyib ki, "Hüquq-mühafizə orqanları etirazçılara qarşı cinayət işi açır. Lakin nümayişçilərinin qollarını və ayaqlarını sındıran polis əməkdaşlarına qarşı qaldırılan işlərdən xəbərimiz yoxdur". Aksiya hələ ki insidentsiz ötüşür", - məqalədə yazılıb.


Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti