"Azovstal"da 152 minalanmış cəsəd tapmışıq" - Rusiyalı general

   "Azovstal"da 152 minalanmış cəsəd tapmışıq" -    Rusiyalı general
  31 May 2022    Oxunub:683
Rusiya silahlı qüvvələri “Azovstal” zavodunun nəzdindəki "katakombalar"a baxış zamanı 152 Ukrayna əsgərinin minalanmış cəsədi olan furqon aşkar edib. Onlar Rusiyanı cəsədləri qəsdən məhv etməkdə ittiham etmək üçün Kiyevin göstərişi ilə minalanıb.
7 mərtəbəli "Azovstal" bunkeri ilk dəfə görüntüləndi - VİDEO
AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, rusiyalı istehkamçılar furqona baxış keçirərkən həlak olan ukraynalı hərbçilərin cəsədləri altında dörd mina aşkar ediblər və onlarda olan partlayıcının ümumi kütləsi furqona yerləşdirilmiş cəsədləri məhv etməyə kifayət edirmiş.

- Əsir götürülən "Azov" yaraqlılarının dindirilməsi nəticəsində müəyyən edilib ki, cəsədlərin minalanması birbaşa Kiyevin göstərişi ilə həyata keçirilib, - general deyib.

General onu da bildirib ki, Rusiya tərəfi yaxın vaxtlarda “Azovstal” zavodunun ərazisində tapılan ukraynalı hərbçilərin cəsədlərini Ukrayna nümayəndələrinə təhvil verməyi planlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General  





Xəbər lenti