"Ermənistan pasportları azərbaycanlılara geri verilsin!"
O qeyd edib ki, Ermənistandan qaçqın düşən azərbaycanlıların Ermənistan vətəndaşı olduğunu təsdiq edən pasportlar 1990-cı illərdə yığılıb:
"Bunu Daxili İşlər Nazirliyinin "Pasportstol"u həyata keçirib. Həmin pasportlar bizim Ermənistan vətəndaşı olduğumuzu təsdiq edən ən tutarlı sənədlərdir. Həmin sənədlərin üzə çıxarılmasını təklif edirəm".
Parlamentin sədri Sahibə Qafarova deputata cavabında Milli Arxiv Fondunun missiyası haqqında söz açıb:
"Fondun vəzifəsi sənədlərin toplanması və saxlanmasıdır. Sənədləri açmaq, ictimaiyyətə təqdim etmək isə Fondun səlahiyyətində deyil".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


