Göyçay İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı

   Göyçay İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı
  31 May 2022    Oxunub:1248
Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib. Qərara əsasən, Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilir.

AzVision.az



Teqlər: Göyçay  



Xəbər lenti