Moldova prezidenti İlham Əliyevə təşəkkür edib
"Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.
Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.
Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm", - məktubda qeyd olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


