Moldova prezidenti İlham Əliyevə təşəkkür edib

Moldova prezidenti İlham Əliyevə təşəkkür edib
  31 May 2022    Oxunub:1111
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidentinə təşəkkür edib.
AzVision.az xəbər verir ki, Moldova Prezidenti təşəkkürünü Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu vasitəsilə çatdırıb.

"Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.

Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm", - məktubda qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti