Ukraynalılar Albert Aqarunovun "Yəhudi buterbrodu" metodundan istifadə etdilər - VİDEO

   Ukraynalılar Albert Aqarunovun "Yəhudi buterbrodu" metodundan istifadə etdilər -    VİDEO
  31 May 2022    Oxunub:5167
Ukrayna mediası Rusiya ordusuna məxsus zirehli texnikaların sıradan çıxarılması barədə yeni məlumat yayıb. Saytlar hərbçilərin sosial şəbəkələrdə yaydığı döyüş kadrlarını dərc edərək yazırlar ki, dronla çəkilən görüntülər sözün həqiqi mənasında hərb tarixinə düşən əməliyyatlardan sayılır.
"Azovstal" əməliyyatı - Ukrayna unikal görüntülər yaydı - VİDEO
Kadrlarda bir zərbəylə iki zirehli döyüş maşınının sıradan çıxarıldığı görünür. Bildirilir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin 80-ci desant-hücum briqadasının "əl işidir": "Hərbçilərin zirehli texnikanı əvvəlcədən yola yerləşdirilmiş mina ilə sıradan çıxardığı deyilir. Yəni işğalçılar digər yollarda olduğu kimi bu ərazidə də müxtəlif sürprizlərlə qarşılaşıblar. Amma videonu paylaşan bəzi hərbi qruplar iki döyüş maşınının sadəcə bir mərmi ilə məhv edildiyini yazıblar. Sanki ova çıxan "şikarın" - iki zirehli texnikanın bir-birinə yaxınlaşmasını gözləyir və anında atəş açır. Bir hərbi maşın partlayaraq dağılır, digərinin isə təkərləri sıradan çıxdığı üçün idarəetməni itirir".



Qeyd edək ki, bu üsuldan ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı olan Albert Aqarunov istifadə edib. Onun peşəkarlığı sayəsində bir neçə dəfə iki erməni tankı bir mərmi ilə məhv edilib. Məhz bu səbəbdən də həmin üsula "yəhudi buterbrodu" adı verilib. Milli qəhrəmanımızın düşmən tanklarından "buterbrod" hazırlaması bu gün də müharibələrdə aktuallığını saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Döyüş   Aqarunov  





Xəbər lenti