Ceyhun Bayramov Xocalı bəyannaməsinə görə Minçevə təşəkkür etdi
Bolqarıstan Milli Assambleyasının sədri məktuba görə təşəkkür ifadə edib və qarşılıqlı təbriklərini səsləndirib.
Görüşdə iki ölkə arasında energetika, iqtisadiyyat, humanitar, o cümlədən təhsil və mədəniyyət, habelə turizm sahəsində əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb.
C.Bayramov Bolqarıstan Milli Assambleyasında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamənin qəbul olunmasına görə qarşı tərəfə təşəkkürünü bildirib. Nazir qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
AzVision.az
Teqlər: Xocalı Bolqarıstan XİN







Vaxtında, Aydın, Lazımlı!


