"Ordumuzdakı faciələrə müharibə təsir edib"- Erməni nazir müavini

  "Ordumuzdakı faciələrə müharibə təsir edib"-  Erməni nazir müavini
  31 May 2022    Oxunub:1137
Son aylar Ermənistan ordusunda baş verən faciəli hadisələrə bir sıra amillər, o cümlədən 44 günlük müharibə səbəb olub.AzVision.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistlərə açıqlama verərkən deyib.
200 dollara casusluq edən erməni hərbçi saxlanıldı - VİDEO
O, hərbi qaydalara riayət edilməməsi nəticəsində hərbçilərin ölüm hallarında müəyyən davamlılığın olması ilə bağlı deyilən iradlarla da razılaşıb.

- Təbii ki, 44 günlük müharibədən sonra psixoloji faktorlar təsir edir. Bununla belə, vəziyyətin daha diqqətli təhlili və səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi lazımdır. Anlamalıyıq ki, ordu cəmiyyətin güzgüsüdür, orada hər şeyi təmsil edilir. Burada erməni reallığı öz əksini tapır. Bu hal əlbəttə ki, pisdir. Amma reallıq budur, - Sarkisyan qeyd edib.

Sarkisyan vurğulayıb ki, hadisəyə görə məsuliyyət daşıyan komandirlər və zabitlər rütbə və vəzifəsindən asılı olmayaraq məsuliyyətə cəlb olunurlar. O, jurnalistləri əmin edib ki, heç kimə güzəşt olunmur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə  



Xəbər lenti