Meymun çiçəyi Norveçə də çatdı

   Meymun çiçəyi Norveçə də çatdı
  31 May 2022    Oxunub:1580
Norveçdə meymun çiçəyinə ilk yoluxma halı aşkar edilib. AzVision.az xəbər verir ki, bu barədə ölkənin ictimai səhiyyə institutunun bəyanatında məlumat verilib.
İspaniyada meymunçiçəyinə yoluxanların sayı 132-ə çatdı
“Norveç Xalq Sağlamlığı İnstitutuna bu gün Viken qraflığında (Oslonun yerləşdiyi ərazi – red.) meymun çiçəyi xəstəliyinin təsdiqlənməsi barədə məlumat verilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, yoluxmuş şəxs bu yaxınlarda xaricə səfər edibmiş. Evə qayıtdıqdan sonra onda xəstəliyin əlamətləri yaranıb. İctimai Səhiyyə İnstitutu xəstənin adını çəkmyib, lakin onun mütəxəssislərin nəzarətində olduğunu qeyd ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Norveç   Meymunçiçəyi  



Xəbər lenti