Rusiya qoşunları Severodonetskin böyük hissəsini ələ keçirib

   Rusiya qoşunları Severodonetskin böyük hissəsini ələ keçirib
  31 May 2022    Oxunub:954
Rusiya qoşunları Ukraynanın Luqansk əyalətinin inzibati mərkəzi Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib. AzVision.az xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
Ukraynada kimyəvi faciə: Azot zavodu vuruldu
O, qeyd edib ki, axşam saatlarına olan məlumata görə, Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.

"Şəhərin daxilində döyüşlər gedir, Rusiya qoşunları təəssüf ki, şəhərin böyük hissəsinə nəzarət edir".

Onun sözlərinə görə, Ukrayna qoşunları tutduqları mövqeləri müdafiə edirlər. Dağıntılara gəlincə, Severodonetsk bu baxımından Rubijne və Popasnaya yaxınlaşır: demək olar ki, bütün kritik infrastruktur dağıdılıb, mənzil fondunun 90 %-i zədələnib, bunun yarıdan çoxunu bərpa etmək mümkün deyil.

AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti