ABŞ universitetində atışma: 3 nəfər yaralanıb

ABŞ universitetində atışma:    3 nəfər yaralanıb
  31 May 2022    Oxunub:1003
ABŞ-ın Luizana ştatının Yeni Orlean şəhərində silahlı insident baş verib. AzVision.az xəbər verir ki, yerli media universitet ərazisində buraxılış mərasimi zamanı baş verən atışmada ən azı üç nəfərin yaralandığını yazıb.
"Fox8"in yaydığı məlumata görə hadisə Xavyer Katolik Universitetində baş verib. Şahidlərin sözlərinə görə, şənlik zamanı dava düşüb və bundan sonra “5-12 arası atəş açılıb.

Qeyd edək ki, ABŞ-da universitetlərlə yanaşı orta məktəblərdə də tez-tez ağır faciələrlə nəticələnən silahlı insidentlər baş verir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Atışma  



Xəbər lenti