Qeyd edilir ki, bir sıra ekoloqlar və vəhşi təbiətin araşdırması ilə məşğul olan alimlər artıq aktiv döyüşlər səbəbindən Ukrayna ərazilərinə mövsümi köç edən quşların buradan yan keçdiyini yazırlar. İddia olunur ki, əvvəlki illərdə yaz aylarında Ukrayna ərazisində müvəqqəti məskən salan bir sıra vəhşi quşlar silah-sursatların susmaması səbəbindən burada özlərinə yuva qura bilmir, göl və su hövzələrində məskunlaşanmırlar.
Ekoloqlar bu ölkədə hava, torpaq və suyun da qışdan davam edən ağır döyüşlər, güclü partlayış və yanğınlar səbəbindən kifayət qədər çirkləndiyini bəyan edirlər.
Tural Tağıyev
AzVision.az