Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

 Dövlət sərhədində mövqelərimiz atəşə tutulub
  01 İyun 2022    Oxunub:1443
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun, Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti