Zelenski daha bir azərbaycanlı hərbçini təltif etdi
O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı. Əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.
Xatırladaq ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. Bundan başqa, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


