Futbolçuların uşaqlıq arzuları - FOTO

   Futbolçuların uşaqlıq arzuları -    FOTO
  01 İyun 2022    Oxunub:1305
Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
AzVision.az xəbər verir ki, "Sabah" klubu sosial şəbəkə hesabında bununla bağlı maraqlı paylaşım edib. Paytaxt klubu bəzi oyunçularının uşaqlıq arzularını təqdim edib:

"Hər kəsin bir uşaqlıq uşaqlıq arzusu olur. Mikelsin uşaqlıq arzusu yanğınsöndürən olmaq idi. O, yanğınsöndürən ola bilməsə də, qol alovumuzu söndürməyi bacarır.

Elvin həkim ola bilməsə də, ən çətin anlarda komandamızı xilas edir. ️Amin hərbçi ola bilməsə də, müdafiəmizin keşiyində dayanır.

Aleksey səyyah ola bilməsə də, qol vurmağın yollarını kəşf etməyi bacarır".







AzVision.az


Teqlər:



Xəbər lenti