Sığınacaqdakı uşaqlar həkim müayinəsindən keçib
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və vaxtında düzgün müalicə təyin etməkdir.
Onlara TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim briqadaları - pediatr, terapevt, nevropotoloq, ümumi cərrah və endokrinoloqdan ibarət tibbi heyət tərəfindən müayinə və müalicə təyin edilib.
Daha dərin müayinəyə ehtiyacı olan uşaqlar ixtisaslı tibb müəssisələrində insturimental müayinədən keçirilib və müalicəyə cəlb olunub.
“Ümid yeri” uşaq sığınacağında məskunlaşan 4 oğlan uşağı K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda sünnət əməliyyatı olunub.
Sığınacaqdakı uşaqlar zəruri dərman preparatları ilə də təmin olunublar.
Eyni zamanda, uşaq sığınacağının sakinlərinə ehtiyaca uyğun olaraq bayram sovqatı, uşaqlara geyim və oyuncaqlar hədiyyə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


