"Qarabağın müstəqilliyini tanıyacayıq sözünü belə deyə bilmirlər" - Erməni deputat

   "Qarabağın müstəqilliyini tanıyacayıq sözünü belə deyə bilmirlər" -    Erməni deputat
  01 İyun 2022    Oxunub:2252
Ermənistan parlamentinin "Mənin addımım" fraksiyasından olan deputatı Ovik Aqazaryan müxalifətin ölkədə xaos yaratmasını qınayıb. Maraqlıdır ki, iqtidarı təmsil edən erməni deputat Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı müxalifətin səmimi çağırışlar etmədiyini də sübut edib.
O, bundan sonra qondarma rejimə hansısa müstəqillik tələbinin real olmadığını söyləyib.

- Qarabağ "problemi"ndən narahat olan müxalifət tərəfdaşlarımız və onları dəstəkləyən vətəndaşlarımız Qarabağın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirsələr və bunun real olmasını müxtəlif yollarla izah etsələr daha səmimi olardılar, - Aqazaryan jurnalistlərə deyib.

O qeyd edib ki, müxalifət ortaya konkret konsepsiyalar qoyaraq deməlidir ki, "gəlin bu hökuməti devirək. Çünki onlar vədlərini yerinə yetirməyiblər, biz hakimiyyətə gəlirik və atacağımız ilk addım "Artsax"(Keçmiş qondarma rejim-red.) Respublikasının müstəqilliyinin tanınması olacaq. Deyə bilməsələr belə müxtəlif yollarla bu fikirləri ortaya qoysunlar. Amma deyə də bilmirsiniz. Çünki belə desəniz, bütün qapıları bağlayacaqsınız․․․".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti