İrəvanda əsgər anaları etiraz aksiyası keçirirlər - VİDEO

   İrəvanda əsgər anaları etiraz aksiyası keçirirlər -    VİDEO
  01 İyun 2022    Oxunub:1693
Ermənistanda əsgər valideynləri etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İkinci Qarabağ müharibəsində öldürülmüş hərbçilərin valideynləri aidiyyəti dövlət qurumlarının qarşısında aksiyalar təşkil edirlər. Hazırda Ermənistan İstintaq Komitəsinin binası qarşısına toplaşan valideynlər komitə sədri ilə görüş tələb edirlər.

- Beş gün əvvəl Argişti Kərəmyana ərizə ilə müraciət etdik ki, gəlib bizə cavab versin. Qoy binadan aşağı ensin, icazə verin ona suallarımızı ünvanlayaq, - valideynlərdən biri deyib.


Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti