İsveçrədən Danimarkaya Ukrayna ilə bağlı QADAĞA

 İsveçrədən Danimarkaya Ukrayna ilə bağlı  QADAĞA
  01 İyun 2022    Oxunub:2070
İsveçrə hökuməti Danimarkanın Ukraynaya İsveçrə istehsalı olan zirehli maşınlar verməsini əngəlləyib. AzVision.az xəbər verir ki, bu barədə İsveçrənin "SRF" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Danimarka hökuməti Ukraynaya 20-yə yaxın "Piranha III" döyüş maşını tədarük etmək istəyir. Danimarka səlahiyyətliləri icazə üçün İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinə (SECO) rəsmi müraciət də ünvanlayıb. Onların müraciəti isə rədd edilib.

Bildirilir ki, Bernin icazəsi olmadan Ukraynaya yardım mümkün deyil. Çünki Danimarka nəqliyyat vasitələri alarkən hərbi texnikanı yalnız İsveçrənin icazəsi ilə üçüncü tərəfə təhvil verməyi öhdəsinə götürüb.

Tural Tağıyev
AzVision.az


Teqlər: Ukrayna   İsveçrə  



Xəbər lenti