Rusların kəşfiyyat maşını "Stuqna" ilə belə vuruldu - VİDEO

   Rusların kəşfiyyat maşını "Stuqna" ilə belə vuruldu -    VİDEO
  01 İyun 2022    Oxunub:2130
Ukrayna mediası Rusiya ordusuna məxsus texnikaların sıradan çıxarılması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Luqansk vilayətində reallaşdırılan əməliyyat zamanı "Stuqna" raketi ilə vurulan rus hərbi maşının çətin hədəf olduğunu yazıblar.
Tarlada gizlənən texnikaları vurub yandırdılar - VİDEO
"Çünki kəşfiyyatı və patrul maşını olan bu avtomobil hərəkətdə olub. Stuqna adətən ya yavaş hərəkət edən ya da yerində dayanan zirehli texnikaları sıradan çıxarır. Çünki o idarə olunan raket atır. Əgər raket hədəfə yaxınlaşarkən hədəf tərpənirsə mərmi ondan yan keçir. Yayılan videoda hərbçilərimiz peşəkarcasına "Stuqna"nı idarə ediblər. Vurulan maşın BRDM-2 olub, əməliyyatı isə Kral Daniel adına 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri reallaşdırıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti