“YAŞAT” idman düşərgəsi başa çatdı

“YAŞAT” idman düşərgəsi başa çatdı
  01 İyun 2022    Oxunub:2100
Qəbələdə təşkil olunan və 4 gün davam edən “YAŞAT” idman düşərgəsi başa çatıb. Layihənin sonuncu günü uşaqlar "Qəbələnd" əyləncə mərkəzində maraqlı və əyləncə dolu vaxt keçiriblər. Onlara 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hədiyyələr təqdim edilib.
Qeyd edək ki, layihə bu dəfə regionlardan – Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib.

Layihə “YAŞAT” Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilib.













AzVision.az


Teqlər:



Xəbər lenti