Çində güclü zəlzələ olub

Çində güclü zəlzələ olub
  01 İyun 2022    Oxunub:1659
Çində güclü zəlzələ olub. Çin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, çərşənbə günü ölkənin cənub-qərbindəki Siçuan əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 17.00-da qeydə alınıb. Zəlzələnin episentri Sıçuan əyalətinin Yaan şəhərinin Luşan dairəsinə düşüb. Qeyd edilir ki, ocaq 17 kilometr dərinlikdə yerləşib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

AzVision.az



Teqlər: Zəlzələ   Çin  



Xəbər lenti