Tbilisi merinin müavini intihar edib

Tbilisi merinin müavini intihar edib
  01 İyun 2022    Oxunub:1538
Bu gün Tbilisi merinin müavini, 47 yaşlı İlya Eloşvili evində ölü tapılıb. Yerli media onun ölüm səbəbi hələlik məlum olmadığını və Tbilisi meriyasının da hadisə ilə bağlı rəsmi açıqlama vermədiyini yazıb.
Daxili İşlər Nazirliyindən "Civil Georgia"ya bildiriblər ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin intihara səbəb olan 115-ci maddəsi ilə istintaq başlayıb. Yerli saytlar onun intihar etdiyini yazıb.

Qeyd edək İlya Eloşvili 2017-ci ildən Tbilisi merinin müavini işləyirdi. Bundan əvvəl o, qısa müddət ərzində energetika nazirinin müavini və nazir vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Tbilisi  



Xəbər lenti