TikTok Sputnik Qırğızıstanın hesabını silib

   TikTok Sputnik Qırğızıstanın hesabını silib
  01 İyun 2022    Oxunub:2318
Məşhur sosial şəbəkə TikTok heç bir izahat vermədən Sputnik Qırğızıstanın hesabını silib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"TikTok sosial şəbəkəsi Sputnik Qırğızıstanın hesabını bloklayıb. Saytın özünün yaydığı məlumatda deyilir ki, artıq iyunun 1-dən "Sputnik.kg"nın profilinə giriş dayandırılıb, bütün videolar isə silinib. Hesaba 100 mindən çox insan üzv olmuşdu ki, bu da Qırğızıstan mediası arasında ən böyük TikTok hesablarından biri sayılırdı", - məlumatda deyilir.

Agentlik qeyd edib ki, onun səhifəsində sosial şəbəkənin normalarının pozulmasına yol verilməyib. Sputnik baş redaktor Erkin Alımbekovdan da sitat gətirib: "Biz hesab edirik ki, burada siyasi motivlər böyük rol oynayıb. Bu cür hadisə artıq YouTube kanalımızla baş verib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Hesab   Sputnik  



Xəbər lenti