Qətərin keçmiş şahzadəsi İspaniyada ölü tapılıb
Məlumata görə Əl Tani 1992-ci ildən Qətərdə dövlət çevrilişinə cəhddə ittiham olunduğu üçün Fransada yaşayır. Cütlük 2004-cü ildə ailə qurub və üç qız övladı olub. Onlar 2012-ci ildə ayrılıblar. Qallano on il qızlarının onun himayəsində olması üçün mübarizə aparsa da, uşaqlar atalarına verilib.
Öz evində cəsədi aşkarlanan qadının 45 yaşı olub. Məlumata görə meyitdə zorakılıq əlamətlərinə rast gəlinməyib. O, depressiyadan əziyyət çəkirmiş və alkoqol aludəçisi olub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


