"Delimitasiya komissiyalarının ilk iclası konstruktiv atmosferdə keçib" - Sanosyan

   "Delimitasiya komissiyalarının ilk iclası konstruktiv atmosferdə keçib" -   Sanosyan
  01 İyun 2022    Oxunub:1494
“Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların ilk iclası yaxşı və konstruktiv mühitdə keçib”.
AzVision.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Konstruktiv, normal, peşəkar müzakirə baş tutub. İlk görüşdə kifayət qədər vacib məsələlər qaldırılıb, işçi gündəlik müəyyən edilib və s.”, - deyə Sanosyan söyləyib.

Xatırladaq ki, mayın 24-ü Ermənistan-Azərbaycan dövlət sərhədində hər iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında ilk görüş baş tutub.

AzVision.az



Teqlər:



Xəbər lenti