Bəzi küçələr "Formula 1"-ə görə bağlanır

   Bəzi küçələr "Formula 1"-ə görə bağlanır
  01 İyun 2022    Oxunub:1299
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata görə, bu gün gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti