DİN-dən 9-cu sinif şagirdinə toy edilməsinə REAKSİYA

 DİN-dən 9-cu sinif şagirdinə toy edilməsinə  REAKSİYA
  01 İyun 2022    Oxunub:2283
Sabirabadda 9-cu sinif şagirdi olan qızın toyu keçirilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağzadə məlumat paylaşıb. O, hadisənin rayonun Qəzli kəndində baş verdiyini bildirib: “Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub.1-2 həftəyə də oğlan toyu olacaq”.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.

"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsi ilə bağlı məlumat yayılmışdı.

AzVision.az


Teqlər:



Xəbər lenti