Belarus yeni savaşa hazırlaşır: 20000 “ölüm jetonu” sifariş verildi

      Belarus yeni savaşa hazırlaşır:    20000 “ölüm jetonu” sifariş verildi
  01 İyun 2022    Oxunub:3808
Ukraynada cərəyan edən hadisələrin fonunda Belarusun dövlət satınalma xidmətinin saytında yerləşdirilən yeni təklif çoxlu suallar yaradıb. Belə ki, Belarus Müdafiə Nazirliyi əsgərlərin ölümündən sonra tanınmasını təmin edən şəxsi jetonlar üçün tədarükçü axtarır.
Sifarişin həcmi 20.000 (!) ədəd jetondur. Tender üçün nazirlik tərəfindən buna 10.800 belarus rublu (təxminən $4370) vəsait ayrılıb.

“Беларускі Гаюн” fəallarının monitorinq qrupunun aşkara çıxarıdığı faktların sırasında sifarişə dair texniki tələblər də yer alıb: jetonlar küncləri yuvarlaqlaşdırılmış düzbucaq formasında və alüminiumdan hazırlanmalıdır; üzərində isə "ВС Беларуси" (Belarus Silahlı qüvvələri) yazısı, seriya indeksi, nömrə, həmçinin qan qrupları və onların rezus-faktor cədvəli yer almalıdır.



Maraqlıdır ki, Belarus ordusunda bu tip jetonlar yalnız müqaviləli həqiqi hərbi xidmətçilərə və... ehtiyatda olan zabitlərə veriləcək. 2019-cu ilə olan məlumata əsasən, Belarus Silahlı qüvvələrinin şəxsi heyətinin yalnız 25%-i müqaviləli hərbçilərdir və bu rəqəm kvotaya əsasən hər il 1000 nəfərə qədər artıb. Monitorinq qrupunun fikrincə, hazırda nazirlik tərəfindən sifariş edilən jeton sayı tələb olunandan 2 dəfə çoxdur. Yəni, Belarus faktik olaraq gizli şəkildə hansısa növbəti hərbi avantüraya hazırlaşır.

Güman etmək olar ki, o Rusiyanın Pribaltika dövlətlərinə qarşı hibrid təxribatının bir elementinə, məsələn 1939-cu ildə faşistlər tərəfindən gerçəkləşdirilən Qleyvits (Gleiwitz) əməliyyatının müasir analoqunun təşkilatçısına çevrilə bilər. Nəticədə Kalininqraddan Belarusa qədər olan 65 kilometrlik Suvalki dəhlizi (Suwalki Gap) bağlana, Latviya/Litva/Estoniya mühasirəyə düşərək, rus ordusu ilə təkbətək qala bilər.

Hərbi ekspert İqor Korotçenko bu cür əməliyyatın keçirilməsini hələ Ukrayna müharibəsindən öncə anons etmişdi. Onun siyasi əsaslandırılması (casus belli: Belarusa "hücum") və rekivizitləri (hərbi jetonlar) isə hazırlanmaqdadır...

Hans Kloss
AzVision.az üçün



Teqlər: Müharibə   Belarus  





Xəbər lenti