Qəribə yuxular beynin vəziyyətini yaxşılaşdırmaq üçündür – Alimlər

   Qəribə yuxular beynin vəziyyətini yaxşılaşdırmaq üçündür –    Alimlər
  01 İyun 2022    Oxunub:1908
Yatarkən yuxu görmək beynin işi və yaddaş üçün çox vacibdir.
Bəzi qəribə, reallığa uyğun olmayan, qorxulu yuxularda məna, yozum axtarmaq lazım deyil. Onlarda hər hansı mesaj və həyatınızla bağlılıq yoxdur. Bu yolla beyin öz təcrübəsini təkmilləşdirir.

Bakupost.az xəbər verir ki, alimlər beyinin yuxuda necə davrandığını elmi araşdırıblar.
Onlar GANS maşın metodikası ilə beyin kökünə imitasiya edərək süni qəribə yuxular yaradıblar.

İnsan yatanda 2 yuxu fazasından keçir, onlar bir-birini əvəz edir.

Qeyri- REM yuxu – beyin sensor stimullar hasil edir, bu oyaq vaxtın sensorudur, REM faza – spontan atışlr, beynin intensiv aktivliyi. Bu isə çox əlvan, qəribə, fərqli yuxulara səbəb olur.

Nəticədə məlum olub ki, həm qeyri-REM, həmdə REM faza beynin öyrənmə funksiyasını təkmilləşdirir və öyrətmə məqsədi daşıyır. Stimulu yaşayaraq, bu təcrübə beyində həkk olur, yeni semantik konsepsiyalar açılır.

Ona görə qeyri-adi yuxulara təəccüblənməmək lazımdır.

AzVision.az



Teqlər:





Xəbər lenti