Ermənistanda uşaqlara qarşı cinayətlərin sayı artır

   Ermənistanda uşaqlara qarşı cinayətlərin sayı artır
  02 İyun 2022    Oxunub:1841
Ermənistanda uşaqlara qarşı cinayət hallarının sayı artır.
Bu barədə ölkənin Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, 2020-ci ildə azyaşlılara qarşı cinayətlərlə bağlı 259 məlumat daxil olubsa, 2021-ci ildə bu rəqəm 292 olub. Uşaqlara qarşı cinayətlər arasında əsasən döyülmə, fiziki və ya psixoloji əzab vermə, təcavüz, yaxın qohum və ya valideynin ziyarətinə qadağa qoyulması var.

2021-ci ildə 90 cinayət işi ittiham aktı ilə birlikdə məhkəmələrə göndərilib. Prokurorluğun məlumatına görə, uşaqlara qarşı cinayətlərin 40 %-i təhsil funksiyası həvalə edilmiş şəxslər tərəfindən törədilib.

AzVision.az



Teqlər: Uşaq  



Xəbər lenti